
“Yamalın əvəzlənməndən sonra əsəbiləşməsi? Bu sual yalnız sizi narahat edir”
“Barselona” La Liqanın son turunda evdə “Levante” üzərində 3:0 hesablı qələbə qazanıb.
Kataloniya təmsilçisinin start heyətində meydana çıxan Lamin Yamal məhsuldar ötürmə ilə yadda qalıb. 18 yaşlı futbolçu matçın 88-ci dəqiqəsində əvəzlənsə də, jurnalistlər onun bu qərardan narazı qaldığını diqqətə çatdırıblar.
Komanda.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik oyundan sonra keçirilən mətbuat konfransında bununla bağlı suala münasibət bildirib:
“Yamalın əvəzlənməsindən sonra əsəbiləşməsi? Bu sual yalnız sizi narahat edir. Mən onun oyunundan razıyam, o, möhtəşəm futbolçudur”.
“Barselona” 25 turdan sonra topladığı 61 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan “Real” onlardan 1 xal geri qalır.
Bizi Facebook-da izləyin



