Flik VAR-dan şikayətləndi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik VAR sistemi ilə bağlı fikirlərini bölüşüb.

Flik bu açıqlamanı La Liqada “Espanyol”la oyun öncəsi mətbuat konfransında verib. O, xüsusilə, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda evdə “Atletiko”ya 0:2 hesablı məğlubiyyətdən sonra VAR-ın işindən narazı qaldığını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı mübahisəli epizodda hakim İştvan Kovaçın qayda pozuntusuna reaksiya vermədiyini və VAR-ın da bu səhvi düzəltmədiyini söyləyib:

“VAR sistemi məhz belə hallarda – hakim səhv etdikdə müdaxilə edib qərarı düzəltmək üçün var. Keçən oyunda mənə çatmayan da bu idi”.

Bununla yanaşı, Flik komandasının da zəif çıxış etdiyini etiraf edib:

“Düzdür, biz də yaxşı oynamadıq və səhvlər etdik. Bu da nəticəyə təsir göstərdi”.

Sözügedən epizodda “Atletiko”nun qapıçısı Xuan Musso və müdafiəçisi Mark Pubil iştirak etmişdi və bu, mübahisələrə səbəb olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button