
Flik: “Transfer bazarında düzgün qərarlar qəbul etməliyik”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yay transfer pəncərəsində heyəti gücləndirmək ehtimalı ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman məşqçi bunu söyləyib:
“Transfer bazarında düzgün qərarlar qəbul etməliyik. İdman direktorumuz Deku ilə bunun üzərində işləyirik. Axmaq bir şey etməməliyik. Gənc komandamız, yaxşı bir quruluşumuz var”.
“Barselona” 31 oyundan 79 xalla İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir. Komanda hazırda ən yaxın rəqibi “Real”dan 6 xal irəlidədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



