Flik yeni transferdən necə yararlanacağına qərar verib

“Əl-Hilal”ın müdafiəçisi Jоao Kanselo “Barselona”ya keçib. Kataloniya klubu portuqaliyalı futbolçunu Səudiyyə Ərəbistanı klubundan cari mövsümün sonuna qədər icarəyə götürüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik Kanselonun komandaya qoşulmasının heyətə daha çox variant qazandıracağına inanır. Almaniyalı mütəxəssis hesab edir ki, bu transfer Jül Kunde və Alexandro Baldenin üzərindəki fiziki yükü azaldacaq və onların daha tez-tez istirahət etməsinə imkan yaradacaq.

31 yaşlı futbolçu müdafiənin hər iki cinahında oynamaq bacarığı ilə seçilir.

Jоao Kanselo daha əvvəl – 2023/24 mövsümündə də icarə əsasında “Barselona”nın formasını geyinmişdi. Həmin dövrdə komandanın baş məşqçisi Xavi Hernandes idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button