
Flik Xavidən üzr istəmək üçün evinə gedib
“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandes özündən sonra komandanı çalışdıran Hans-Diter Fliklə münasibətlərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis klubun onunla yolları ayırmaq qərarı verdiyi vaxt bu barədə ona açıq məlumat verilmədiyini bildirib və həmin dövrdə Fliklə danışıqların aparılıb-aparılmadığını da soruşub:
“Flikdən soruşdum ki, mən hələ işlədiyim vaxt klub onunla danışıqlar aparırdı, yoxsa yox. Bir neçə həftə ərzində mən hələ də “Barselona”nın baş məşqçisi idim, amma artıq məndən qurtulmaq qərarı verilmişdi və mən bunu bilmirdim. Heç kim bunu üzümə demədi”.
Onun sözlərinə görə, alman mütəxəssis daha sonra onunla görüşərək üzr istəyib:
“Flik üzr istədi. Biz iki saatdan çox söhbət etdik və bu, çox yaxşı keçdi. Klub ona heç nə deməməyi tapşırmışdı, amma buna baxmayaraq, o, məndən üzr istəmək üçün evimə gəldi. Flik çox yaxşı və nəcib insandır. Onun işlərinin uğurlu getməsinə sevinirəm”.
“Barselona” Hans-Diter Flikin rəhbərliyi altında son bir il yarım ərzində dörd titul qazanıb.
Bizi Facebook-da izləyin



