
“Flamenqo” yeni baş məşqçisini rəsmən açıqladı
Portuqaliyalı mütəxəssis Leonardo Jardim Braziliya çempionatında yeni iş tapıb. O, “Flamenqo”nun baş məşqçisi təyin olunub.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər müddəti 2027-ci ilin dekabrının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar. 51 yaşlı çalışdırıcı artıq Braziliya təmsilçisində vəzifəsinin icrasına başlayıb.
“Flamenqo”da bu həftə baş məşqçi Felipe Luisin istefası açıqlanmışdı. O, komandanın “Madureyra” üzərində 8:0 hesablı qələbəsindən sonra vəzifəsini tərk edib.
Jardim daha əvvəl “Monako”ya rəhbərlik edib və burada uğurlu nəticələri ilə tanınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



