Firmino Premyer Liqaya qayıda bilər

Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasının hücumçusu Roberto Firmino İngiltərə təmsilçisi “Fulhem”ə keçə bilər.

Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, London klubu “Əl-Əhli”də oyun müddətindən narazı olan 32 yaşlı futbolçunu bu qış transfer etməyə hazırdır.

Braziliyalı oyunçu 2023/24 mövsümündə “Əl-Əhli”nin heyətində bütün yarışlarda 19 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə verib. Hücumçu son iki ayda komandanın start heyətinə düşə bilməyib.

Firmino 2015-2023-cü illərdə İngiltərədə “Liverpul”un formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button