“Fiorentina” seneqallı futbolçuya təklif göndərəcək

“Fiorentina” “Vilyarreal”ın hücumçusu Boulaye Dia ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu hələ futbolçuya rəsmi təklif göndərməyib. Buna rəğmən, Florensiya təmsilçisi qarşıdakı günlərdə 26 yaşlı oyunçunun transferi ilə bağlı danışıqlara başlayacaq.

Dia 2022/23 mövsümünü icarə əsasında “Salernitana”da keçirib. Seneqallı futbolçu 33 oyunda 16 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button