Finalissima iki oyundan ibarət ola bilər

Argentina millisi ilə İspaniya yığması arasında keçiriləcək finalissima matçı iki oyundan ibarət formatda baş tuta bilər.

Komanda.az xəbər verir ki, bu barədə “TNT Sports” məlumat yayıb.

Bildirilir ki, duelin iki matç formatında keçirilməsi ideyası Argentina tərəfindən irəli sürülüb.

Qarşılaşmanın ilkin olaraq Qətərdə keçirilməsi planlaşdırılırdı. Daha sonra isə oyunun Madriddəki “Santyaqo Bernabeu”da təşkili təklif edilib. Ancaq argentinalılar rəqibin meydanında oynamaq istəmədiklərini bildiriblər.

Finalissimada Amerika kubokunun qalibi ilə Avropa çempionları üz-üzə gəlir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button