Finalçılar bəlli oldu

Fransa kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu yarımfinal görüşü “Ansi” və “Tuluza” komandaları arasında baş tutub.

Üç qolun qeydə alındığı matç Liqa 1 təmsilçisinin qələbəsiylə yekunlaşıb. Nəticədə ikinci finalçı “Tuluza” olub.

Daha öncə “Nant” da həlledici oyuna vəsiqə qazanmışdı. Beləliklə, finalda “Tuluza” ilə “Nant” komandaları üz-üzə gələcəklər. Həlledici oyun aprelin 29-da keçiriləcək.

Fransa kuboku
Yarımfinal
5 aprel

Nant – Olimpik (Lion) 1:0
Qol
: Blas, 57.

6 aprel

Ansi – Tuluza 1:2
Qol
: Bosetti, 45+4-pen – Abuxlal, 36. Çaibi, 85.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button