Final matçının hakim təyinatları açıqlandı

Sabah keçiriləcək ölkə kubokunun finalını Elçin Məsiyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Azərbaycan kuboku, final

27 may

Qarabağ – Zirə
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Ehtiyat köməkçi hakim: Kamran Bayramov.
Hakim-inspektor: Fritz Ştuxlik.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 19:00.