“FİFA series – Edition 2024”: Azərbaycan millisinin oyunlarının hakimləri açıqlanıb 

Azərbaycan millisinin Bakıda “FİFA series – Edition 2024” layihəsi çərçivəsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın Tanzaniya ilə ilk oyununu türkiyəli FİFA referisi Zorbay Küçük idarə edəcək.

Bolqarıstanla matçda isə estoniyalı hakim Kristo Tohver söz sahibi olacaq.

Tanzaniya – Bolqarıstan matçını Əliyar Ağayev, Tanzaniya – Monqolustan qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək.

22 mart

17:00. Tanzaniya – Bolqarıstan
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabbarov (hamısı Azərbaycan).
“Liv Bona Dea Arena”

20:00. Azərbaycan – Monqolustan
Baş hakim: Zorbay Küçük, Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (hamısı Türkiyə), Fəridə Lütfəliyeva (Azərbaycan).
Tofiq Bəhramov adına Respublika stadionu

25 mart

17:00. Tanzaniya – Monqolustan
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov (hamısı Azərbaycan).
“Liv Bona Dea Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button