
FİFA reytinqi: Azərbaycan millisi irəliləyib
Azərbaycan milli komandası FİFA reytinqində üç pillə irəliləyib.
Komanda.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 1136.67 əmsalla 124-cü pillədə qərarlaşıb.
Azərbaycan millisi ötən ay “FİFA Series–2026” beynəlxalq turnirinin qalibi olub.
Reytinq siyahısının ilk pilləsində Fransa millisi (1877.32) yer alıb. İspaniya (1876.40) ikinci, Argentina (1874.81) üçüncü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



