
FİFA Avropa liqalarına bir oyunu başqa ölkədə keçirməyə icazə verəcək
FİFA rəsmi çempionat oyunlarının xarici ölkələrdə keçirilməsi ilə bağlı yeni qaydalar üzərində işləyir.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, yeni təşəbbüs Avropa liqalarına hər mövsüm digər ölkədə bir rəsmi matç keçirmək imkanı verəcək. Həmçinin, hər ölkə digər liqanın maksimum beş oyununa ev sahibliyi edə biləcək.
Yeni qaydaya əsasən, belə oyunların keçirilməsi üçün hər iki ölkənin futbol federasiyalarının razılığı tələb olunacaq və daha sonra müraciət FİFA-ya təqdim ediləcək.
2025/26 mövsümündə La Liqa və A Seriyası təmsilçiləri matçlarını ABŞ-nin Mayami və Avstraliyanın Pert şəhərində keçirməyi planlaşdırsa da, bu təkliflər yerli qurumlar tərəfindən rədd edilib.
Bu cür dəyişikliklərin tərəfdarlarından biri də Avropanın ən yaxşı klublarının Şimali Amerikaya çox tez-tez səfər etməsinin qarşısını almaq istəyən MLS-dir.
Bizi Facebook-da izləyin



