Fernandes “Mançester Yunayted”dən təminat istəyir

Portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandesin “Mançester Yunayted”dəki gələcəyi ilə bağlı mövqeyi bəlli olub.

31 yaşlı futbolçunun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” yay transfer dövründə Fernandesi komandada saxlamaq niyyətindədir. Ancaq futbolçuya yaxın mənbələr bildirir ki, Fernandes klubun gələcək planları və iddiaları ilə bağlı aydın təminat almaq istəyir. O, Premyer Liqa və UEFA Çempionlar Liqası kimi böyük turnirləri qazanmağı hədəfləyir.

“Mançester Yunayted” rəhbərliyi də öz növbəsində, əsas kuboklar uğrunda mübarizə apara biləcək heyət formalaşdırmağa çalışır. Klub qarşıdakı transfer pəncərəsində xüsusilə, yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Fernandes cari mövsümdə Premyer Liqada 31 oyuna çıxıb, 8 qol vurub və 19 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button