
Fernandes: “Keynin “Bayern”ə keçməsi yaxşı qərar idi”
“Mançester Yunayted”in kapitanı Bruno Fernandes “Bayern”in hücumçusu Harri Keynin karyerası ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun “Tottenhem”dən “Bayern”ə keçmək qərarını yaxşı qiymətləndirib:
“Keyn “Tottenhem”də qalsaydı, Premyer Liqada bütün zamanların ən çox qol vuran oyunçusu olardı. O zaman o, əfsanə olardımı? Bəli. Amma “Bayern”ə keçmək yaxşı qərar idi, çünki indi o, böyük kuboklar qazana biləcəyini bilir. O, “Tottenhem”də olduğu qədər qol vurur, amma “qızıl top” uğrunda mübarizə apara bilər. Çünki komanda ilə kuboklar qazanır”.
Keyn “Tottenhem”də oynayarkən heç vaxt kubok qazana bilməyib. O, 2023-cü ildə İngiltərə komandasından “Bayern”ə keçib və 2025-ci ildə isə ilk klub titulunu qazanıb.
Bizi Facebook-da izləyin



