“Qəbələ”nin legioneri: “Yenidən Konfrans Liqasında oynamaq istəyirik”

“Qəbələ”nin braziliyalı futbolçusu Felipe Santos komandasının cari mövsümdəki hədəfləri danışıb.

Komanda.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında yenidən avrokuboklarda iştirak etməyi arzuladıqlarını söyləyib.

Hücumameylli yarımmüdafiəçi ötən yay avrokuboklarda uğursuz çıxış etdiklərini də bildirib: “Təəssüf ki, təsnifat mərhələsində istədiyimiz nəticəni göstərə bilmədik. Buna baxmayaraq, yenidən Avropa Konfrans Liqasında oynamaq istəyirik. Bu dəfə daha irəli getmək niyyətindəyik”.

2021-ci ildən Azərbaycanda çıxış edən 26 yaşlı sol cinah vingeri dil və yerli mədəniyyətə daha yaxşı uyğunlaşdığını söyləyib: “Bu, komandada mənə kömək edir. İndiyə qədər aktivimdə 10 məhsuldar ötürmə var. Ümid edirəm ki, növbəti oyunlarda komandaya daha çox töhfə verəcəyəm”.

Xatırladaq ki, “Qəbələ” Azərbaycan çempionatında 20 turdan sonra 26 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Santos “Qəbələ”də meydana çıxdığı 24 oyunda 3 qol və 10 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Şamaxı”da da oynamış futbolçu, bu komandada 26 oyunda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button