“Fasilədə paltardəyişmə otağında Ronaldonu çox məyus gördüm”

“Real”ın futbolçusu Luka Modriç komandanın keçmiş baş məşqçisi Joze Mourinyo və hücumçusu Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Modriç, İspaniya kuboku oyunlarının birində Mourinyo və Ronaldonun mübahisə etməsi barədə danışıb:

“Mourinyonun reaksiyası məni təəccübləndirdi. İspaniya kubokunda 2:0 hesabı ilə qələbə qazanırdıq. Epizodların birində Ronaldo ona tapşırılan futbolçunu izləyə bilmədi, buna görə Mourinyo çox hirsləndi. Onlar mübahisə etdilər. Fasilədə paltardəyişmə otağında Ronaldonu çox məyus gördüm. O, “Əlimdən gələn edirəm, amma Mourinyo məni tənqid edir” dedi. Mourinyo otağa gələndə, Ronaldonu tənqid etməyə davam edirdi. Aralarındakı gərginlik o qədər artdı ki, onlar dava edəcəkdilər, amma futbolçular bunun qarşısını aldı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button