Fariz Nəcəfov Klublar Komitəsinin sədri seçilib

AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib.

Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

Sərxan Hacıyev klublara göstəriləcək maliyyə yardımı barədə məlumat verib. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin üzvləri ilə tanışlıq xarakterli müzakirələr aparılıb.

Klublar Komitəsinin əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov səs çoxluğu ilə növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button