Falkao üçün Meksika variantı

İspaniyanın “Rayo Valyekano” klubunda çıxış edən kolumbiyalı futbolçu Radamel Falkao cari mövsümün sonunda Avropanı tərk edə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 38 yaşlı hücumçunun karyerasını Meksika çempionatında davam etdirmək variantı var.

Meksika klubu “Kruz Asul” futbolçuya maraq göstərir. Klub Falkaonun cari mövsümün sonunda, “Rayo Valyekano” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi komandaya qoşulmasını planlaşdırır.

Kolumbiyalı forvard İspaniya çempionatının cari mövsümündə 18 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button