“Fənərbaxça”nın prezidenti yol qəzasına düşdü

Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Sadettin Saran yol-nəqliyyat hadisəsinə məruz qalıb.

Komanda.az yerli mediaya istinadən məlumat verir ki, İstanbul təmsilçisinin rəhbəri “Chobani” stadionuna yollanarkən Ataşehir rayonunda avtomobil qəzasına düşüb.

Hadisədən sonra Sadettin Saranın səhhətinin qaydasında olduğu açıqlanıb. Baş verən yol qəzasında klub prezidentinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button