“Fənərbaxça”nın futbolçusu 4 həftəlik sıradan çıxıb

“Fənərbaxça”nın heyətində ciddi itki baş verib.

Komanda.az xəbər verir ki, Super Liqa nəhənginin müdafiəçisi Nelson Semedo sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Semedo ölkə çempionatının 24-cü turunun “Antalyaspor”la səfər matçında (2:2) dizindən zədə alıb. Portuqaliyalı sağ cinah müdaqfiəçisi təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Fənərbaxça” Semedonu mövsümün əvvəlində “Vulverhempton”dan transfer edib. 32 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button