“Fənərbaxça”dan ayrıldı, “Kasımpaşa” ilə müqavilə bağladı

“Fənərbaxça”nın qapıçısı Harun Tekin İstanbul təmsilçisindən ayrılıb.

Komanda.az xəbər verir ki, 32 yaşlı qolkiper bundan sonrakı karyerasını “Kasımpaşa”da davam etdirəcək.

Bu barədə onun yeni klubu məlumat yayıb. Təcrübəli qolkiperlə 2 illik müqavilə imzalanıb. “Fənərbaxça” ilə müqaviləsinin müddəti bu yay bitən futbolçu “Kasımpaşa”ya azad agent statusunda keçib.

Qeyd edək ki, Harun Tekin 2018/19 mövsümündə “Bursaspor”dan 3 milyon avro qarşılığında “Fənərbaxça”ya keçmişdi. O, İstanbul təmsilçisinin heyətində cəmi 47 matça çıxıb. Bu görüşlərdə 51 qol buraxan qolkiper, cəmi 18 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button