
“Fənərbaxça” Kante ilə anlaşıb
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun yarımmüdafiəçisi Nqolo Kante karyerasını Türkiyədə davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunun “Fənərbaxça”ya transferi ilə bağlı tərəflər arasında tam razılıq əldə olunub.
34 yaşlı yarımmüdafiəçi keçidə artıq xeyli vaxtdır razılıq verib. İstanbul təmsilçisi onun transferi üçün “Əl-İttihad”a 4 milyon avro ödəyəcək. O, yaxın günlərdə tibbi müayinədən keçəcək və müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atacaq.
Kante 2023-cü ilin yayında “Çelsi”dən azad agent kimi ayrılaraq Səudiyyə Ərəbistanına yollanmışdı. O, London klubunun formasını 7 il geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



