“Əvvəllər əzələli kişi olacağımı düşündüyüm üçün ağırlıq qaldırmaqdan qorxurdum”

“İnter Mayami”nin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzo idmana olan həvəsindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, müntəzəm olaraq idman zalında məşq etdiyini bildirib:

“Hər gün idman etməyə çalışıram. Yalnız qadınlar üçün nəzərdə tutulmuş idman zalına gedirəm. Həftədə iki dəfə formada olmaq üçün dərslərə gedirəm və bu dərslər çox əyləncəli bir atmosferdə keçirilir. Bu, mənə rahatlaşmağa kömək edir. Hər şeyi unuduram və günə yaxşı əhval-ruhiyyə ilə başlayıram.

Bir neçə il əvvəl ağır atletikaya maraq göstərməyə başladım. Əvvəllər əzələli kişi olacağımı düşündüyüm üçün ağırlıq qaldırmaqdan qorxurdum, amma bu heç vaxt baş vermədi. Hər kəs gündə ən azı bir saat ağırlıq qaldırmalıdır. Həmişə anama və atama deyirəm ki, “xahiş edirəm, həftədə ən azı bir neçə dəfə ağırlıq qaldırın”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button