“Everton” “Mançester Siti”dən futbolçu transfer etmək istəyir

“Everton” yay transfer pəncərəsində komandanı gücləndirmək istəyir.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Mersisayd klubu “Mançester Siti”dən yarımmüdafiəçi Kelvin Fillipsi transfer etməyi planlaşdırır.

Fillips “Mançester Siti”nin heyətində yerini qoruya bilməyib, ona görə də, qışda icarə əsasında “Vest Hem”ə keçib. Bununla belə, yarımmüdafiəçi London klubunda çox oyun keçirməyib. 

“Transfermarkt” portalı 28 yaşlı Fillipsi 25 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button