“Efa Sumqayıt”ın 4 futbolçusu İtaliya klubu ilə müqavilə bağlayıb – AÇIQLAMA

“Efa Sumqayıt” klubunun U-14 yaş qrupu üzrə baş məşqçisi Tağı Məmmədov Komanda.az saytına açıqlama verib.

Məmmədov klubun naliyyətləri, hədəfləri və gələcək planları barədə danışıb:

“Klubumuzun adı Avropa Futbol Məktəbidir. Klub 2015-ci ildə yaranıb. U-8, U-17-yə kimi bütün yaş qrupları üzrə komandalarımız Azərbaycan çempionatında çıxış edir. Gələn il U-19 üzrə komandamız yarışlara qoşulacaq. Keçən il U-13 komandamız Respublika 3-cüsü oldu.

Azərbaycanın “Qarabağ”, İtaliyanın “Peruca” klubu ilə əməkdaşlıq müqaviləmiz var.

Əsas məqsədimiz futbolçu yetişdirib Avropaya göndərməkdir. Artıq 4 futbolçumuzun “Peruca” klubu ilə rəsmi müqaviləsi var: Mustafayev Elcan (2008), Alişanlı Məsud (2007), Cəfərov Şahismayıl (2007) və Haqverdiyev Toğrul (2007).

İspaniyaya da bu yaxınlarda oyunçular göndərəcəyik.

Məşqlərimiz Bakı və Sumqayıtda keçirilir. Bütün yaş qrupları üzrə məşqlərimiz Aviasiya Akademiyasının stadionunda olur. Əsas bazamız oradadır. Milli komandaların heyətlərində U-17, U-16, U-15 yaş qrupları üzrə futbolçularımız oynayır”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button