
“Enrikeyə qarşı heç bir pis fikrim yoxdur” – “Fənərbaxça”nın futbolçusu
PSJ-də uğurlu çıxış edə bilmədiyinə görə “Fənərbaxça”ya keçən yarımmüdafiəçi Marko Asensio keçmiş klubu və sabiq baş məşqçisi Luis Enrike haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, keçmiş klubuna qarşı heç bir pis hissinin olmadığını söyləyib:
“Bunun çox şəxsi görünməsini istəmirəm. Luis Enrikenin komandalarındakı digər oyunçuların da başına oxşar şeylər gəlib. Bu, onun üslubudur və hər şeyi deyir. Ona qarşı heç bir pis fikrim yoxdur. Bu, peşəkar futboldur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



