Enrike: “O, futbol tarixinin bənzərsiz bir oyunçusudur”

İspaniya millisinin baş məşqçisi Luis Enrike AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Norveçi məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Enrike, İspaniya mətbuatına açıqlamasında 2:1 hesabıyla bitən matçı belə şərh edib:

“Serxio Ramosun qolu bizim üçün çox yaxşı idi. O, futbol tarixinin bənzərsiz bir oyunçusudur.

5:1, ya da 6:1 hesabıyla qazanmağa layiq idik. Ancaq futbolda təkcə vurulan qollar dəyərlidir. Daha fərqli hesabla qalib gəlməliydik, amma yenə də nəticədən məmnunam”.

İspaniya millisi AÇ-2020-nin seçmə mərhələsinin 2-ci turunda, martın 26-da Malta ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button