“Emirates” kuboku: “Qələbə də qazana bilərdik”

“Monako”nun baş məşqçisi Adi Hütter “Emirates” kubokunun “Arsenal”la matçını (3:3, penaltilər seriyası – 4:5) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “topçular”ın TOP-klublara qarşı əla nəticələr göstərdiyini söyləyib:

“Rəqibin oyun ərzində topla daha çox oynayacağını bilirdik. Onların son mövsümdəki oyunlarının çoxunu izləmişdim. “Arsenal” TOP-klublara qarşı əla nəticələr göstərib.

Futbolçularımın oyun üslubundan razı qaldım. Fasilədən sonra önə keçmək üçün qol epizodlarımız oldu, lakin onlardan yararlana bilmədik. Qələbə də qazana bilərdik. Əla gənc oyunçulara sahibik. 4-5 həftədir ki, “Monako”da çalışıram”.

Fransa komandası növbəti yoldaşlıq görüşündə “Bayern”lə qarşılaşacaq. Həmin matç avqustun 7-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button