Emil oynamadı, “Turan” evdə uduzdu

Futbol üzrə Qazaxıstan çempionatında 3-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Kaspi Aktau” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Emil bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Turan” hazırda 1 xalla 14 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button