Emil Balayevin komandası 1/4 finalda

Futbol üzrə Qazaxıstan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə 1-ci liqa təmsilçisi “Aksu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan inamlı qələbə ilə ayrılıb – 3:0. Nəticədə, “Tobol” Qazaxıstan Kubokunda növbəti mərhələyə yüksəlib.

Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü “Tobol”a keçəndən sonra ilk dəfə əsas heyətdən kənarda qalıb.

Kostanay təmsilçisinin 1/4 finaldakı rəqibi aprelin 12-də baş tutacaq püşklə müəyyənləşəcək. Mayın 8-də keçiriləcək bu mərhələdə qalib bir görüşlə müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button