Emil Balayevdən “Turan”da uğursuz debüt

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstan “Turan”ında rəsmi debüt edib.

Komanda.az xəbər verir ki, o, Qazaxıstan Premyer Liqasının 11-ci turunda keçirilən “Aksu” ilə səfər matçında meydana çıxıb.

Bu görüşdə “Turan” 0:2 hesabı ilə uduzub. Emil start heyətdə meydana çıxıb və 90 dəqiqə qapını qoruyub.

Beləliklə, yığmamızın qapıçısı yeni komandasında ilk oyununa çıxıb.

Türküstan təmsilçisi ölkə çempionatında 11 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button