Emil Balayev mövsümün ən yaxşısı seçildi

Qazaxıstan çempionatında müxtlif nominasiyalar üzrə mövsümün ən yaxşı futbolçularının adları açıqlanıb.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, “Tobol”da forma geyinən Azərbaycan millisinin üzvü Emil Balayev də ən yaxşılar arasında yer alıb. Balayev, mövsümün ən yaxşı qapıçısı seçilib.

25 yaşlı qapıçı Qazaxıstan çempionatında keçirdiyi 31 oyunun 18-də qapısını toxunulmaz saxlayıb. O, bu göstəricidə liderdir. Emil, mövsümün ən uzun “quru seriya”sı (736 dəqiqə) ilə Qazaxıstan çempionatları tarixinin ilk 5-liyinə də düşüb.

Balayev bu ilin yanvarında “Səbail”dən “Tobol”a keçmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button