Elxan Məmmədov icraçı vitse-prezident, Vaqif Sadıqov vitse-prezident oldu – Rəsmi

Bu gün AFFA İcraiyyyə Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, konfransda AFFA-nın yeni icraçı-vitse prezidenti də məlum olub. Bu, Elxan Məmmədovdur. Bu barədə Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib.

Rauf Əliyevlə Elşad Nəsirov isə vitse-prezident postlarında qalıb. AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov isə yeni vitse-prezident olub.

Elxan Məmmədov bundan əvvəl AFFA-da baş katib postunu tuturdu. O, bundan sonra da bu vəzifəni daşıyacaq. Yəni həm icraçı vitse-prezident, həm də baş katib kimi fəaliyyət göstərəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button