Elvin Cəfərquliyev Rusiya klubuna keçir? – Açıqlama

Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin karyerasını “Dinamo”da (Rusiya) davam etdirə biləcəyi haqda xəbərlər yayılıb.

Komanda.az “championat.com”-a istinadən xəbər verir ki, Mahaçqala klubunun baş direktoru Şamil Qazızov Cəfərquliyevlə bağlı iddialara cavab verib. Klub rəsmisi məlumatların yalan olduğunu bildirib:

“Bu, doğru deyil. Həmin futbolçu ilə bağlı heç bir təklif təklifimiz və ya əlaqəmiz olmayıb”.

Daha əvvəl “Dinamo”nun Cəfərquliyevin nümayəndələri ilə əlaqə saxladığı, amma onun Rusiyaya getməkdən qəti şəkildə imtina etdiyi barədə xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button