Elşad Əhmədov: “Heç-heçə ədalətli nəticə oldu”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədovun Premyer Liqanın ilk turu çərçivəsində “Neftçi” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Əhmədov 1:1 hesabıyla bitən matçı belə şərh edib:

  • İlk oyundu, çətin idi. Uşaqlarda həyəcan var idi. “Neftçi” də uda bilərdi, biz də. Heç-heçə ədalətli nəticə oldu. Rəqibə uğurlar arzu edirəm.
  • Cavid İmamverdiyevin bu gün uğursuz çıxış etməsi nə ilə bağlı idi?
  • Həyəcandandır yəqin. O, bizim əsas oyunçularımızdandır.
  • Harda səhvlər buraxdığınızı bildizmi?
  • Bilirəm.
  • Bu mövsüm komandanın əsas hədəfi nədir və bu heyət yetərlidirmi?
  • Hədəfimiz avrokuboklara vəsiqədir. Bunu bu heyətlə bacararıq. İrəli getmək istəyirik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button