Elmar Baxşıyev: “Qarabağ” imkan verdiyi qədər hücum edə bildik”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 33-cü turunun “Qarabağ”la oyunundan sonra (0:3) danışıb.

Komanda.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Bilirdik ki, ağır oyun olacaq. Rəqib çempionatın vahid lideridir. Komanda olaraq layiqli mübarizə aparmağa, uğurlu nəticə ilə meydançadan ayrılmağa çalışırdıq. “Qarabağ” bu gün ən yaxşı oyunlarından birini oynadı.

Gəlin, rəqibi nəzərə alaq və elə danışaq. “Qarabağ” imkan verdiyi qədər hücum edə bildik. Oyunu daha çox öndə qurmağı planlaşdırırdıq. Rəqib məcbur etdi ki, cərimə meydançamızda oynayaq.

Siz mənim üzümdə həyəcan hiss edirsinizsə, komandada da vəziyyət eynidir. Mən həyəcanlı birinə oxşayıram? Niyə indidən kubok matçına köklənək? Həmin oyuna hələ var. Futbolçularıma inanıram. Qarşıda çempionat oyunları bizi gözləyir”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button