Elmar Baxşıyev: “Komanda şəklində zəif oynadıq”

“Qəbələ” klubunun məşqçisi Elmar Baxşıyevin Premyer Liqanın 12-ci turu çərçivəsində “Neftçi” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Baxşıyev 1:4 hesabıyla başa çatan oyunu belə şərh edib:

  • Həftəlik proqramda “Neftçi”yə qarşı fərdi hazırlaşmışdıq. İstəyimiz rəqibi əks-hücumlarda yaxalamaq idi. İstədiyimizi edə bilmədik. Stabilliyimizi qoruya bilmirik.
  • Stabilliyi qoruya bilməməyinizə səbəb nədi?
  • Komandanın cavan heyətinin olmasıdı. Təcrübəli oyunçular stabilliyi qoruyur. Komandalar arasında səviyyə fərqi də var. “Neftçi” bir neçə komponentdə bizdən üstün idi.
  • “Qəbələ” son sıradadı və maliyyə problemləri var Bundan sonrakı gedişat necə olacaq?
  • Sponsor məsələsi bizə aid deyil. Bizim işimiz komanda və oyunçularla bağlıdı. Düşünürəm ki, “Qəbələ” yaşayacaq.
  • Komanda ümumi olaraq pis oynadı, yoxsa fərdi baxımdan?
  • Komanda şəklində zəif oynadıq. Buraxılan qollar isə fərdi səhvlərdən irəli gəlirdi. “Neftçi”nin futbolçularının ustalıq səviyyəsi də yüksək idi.
  • Komandanın “Neftçi” qarşısında aciz qaldığını demək olar?
  • Xeyr.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button