Elmar Baxşıyev: “Bu durum bizi çox sıxır”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu (0:5, ilk oyun 1:3) şərh edib.

Komanda.az xəbər verir ki, o, matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox danışmaq istəmirəm. Ağır məğlubiyyət oldu. Müəyyən səbəblər var, onları müzakirə etmək istəmirəm. Əlbəttə, maddi məsələ barədə də danışmaq niyyətində deyiləm. Bu durum da bizi çox sıxır. İnanıram ki, hər şey yoluna qoyulacaq və toparlanaraq, ən yaxşısını edə biləcəyik. Qarşıdakı 4 çempionat oyununda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Baxşıyev AFFA İcraiyyə Komitəsinin qərarlarını müzakirə etmək istəmədiyini vurğulayıb: “15-16 futbolçudan ibarət heyətimiz var. Onların zədəli-cəzalı olması oyunumuza təsir edir. İnanıram ki, bütün gücümüzü ortaya qoyaraq çempionatı başa çatdıra biləcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button