Elçin Məsiyev Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Komanda.az xəbər verir ki, o, Danimarkada yerli “Midtyulland” və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandaları arasında keçiriləcək liqa mərhələsinin 8-ci turunun oyununu idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

“Midtyulland” – “Dinamo” qarşılaşması yanvarın 29-da, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button