“El-klasiko”nun hakimi açıqlandı

İspaniya Futbol Federasiyası La Liqanın 35-ci turunda keçiriləcək mövsümün ən çox gözlənilən oyunlarından biri üçün baş hakimi təsdiqləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” ilə “Real” arasında keçiriləcək “el-klasiko”nu Alehandro Xose Ernandes idarə edəcək.

Oyuun 11 mayda – Kataloniyada yerləşən “Olimpik Lluis Companys” stadionunda keçiriləcək. Matçın start fiti saat 19:15-də səslənəcək.

41 yaşlı referi üçün bu, karyerasında dördüncü “el-klasiko” olacaq. O, sonuncu dəfə bu cür yüksək səviyyəli qarşılaşmanı 2019-cu ilin dekabrında idarə etmişdi. Həmin oyun qolsuz heç-heçə ilə başa çatmışdı.

“Barselona” hazırda La Liqanın turnir cədvəlində liderliyini qoruyur və “Real”ı 4 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button