“El-klasiko” öncəsi “Barselona”da ciddi itkilər

“Barselona” növbəti turda “Real”la keçirəcəyi “el-klasiko” qarşılaşmasına bir sıra vacib futbolçulardan məhrum çıxacaq.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, komandanın qapıçısı Xuan Qarsiya və yarımmüdafiəçi Dani Olmo hələ də zədələrini tam sağaltmayıb və onların oktyabrın 26-da keçiriləcək oyuna qədər bərpa olma ehtimalı çox azdır.

Braziliyalı Rafinya Diasın isə “Real”la matça qədər tam hazır olacağı gözlənilir. Ancaq “Barsa” sabah “Jirona”ya qarşı baş tutacaq matçda Rafinyasız mübarizə aparmalı olacaq. Baş məşqçi Hansi-Diter Flik 28 yaşlı futbolçunun bu oyun üçün iştirakını heç nəzərdən keçirmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button