“El klasiko”da uduzan Xavi: “Bu, mənim günahımdır”

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 9-cu turunun matçında “Real”a məğlubiyyəti (1:3) şərh edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bütün günahların özündə olduğunu deyib:

“Biz pis dövrdəyik, amma çalışırıq. İnancımız, özümüzə hörmətimiz var. “Real”la matç liderlikdə qalmaq üçün fürsət idi, amma biz əliboş ayrılırıq. Bizim şanslarımız var idi, lakin onlardan yararlana bilmədik və “Real” çox yaxşı müdafiə olundu.

İlk hissədə pis oynadığımızı düşünmürəm. Mənə elə gəlir ki, şansımız var idi. İkinci hissədə çox yaxşı oynadıq. Sonra isə gücümüz çatmadı. Bu matçlarda qalib gəlmək istəyiriksə, mentaliteti dəyişməliyik. Ləyaqətlə oynadıq, amma bu, kifayət deyil.

Mən barmaqlarımı oyunçulara tuşlamıram. Hər şeyə mən cavabdehəm. Bu, mənim günahımdır”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button