
Ehtiram Quliyevin “haqqımızı halal etmirik” dediyi hakim Əvəzedicilər liqasına təyinat aldı
Əvəzedicilər liqasında 25-ci turun təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, FİFA referisi Əliyar Ağayev “Zirə-2” – “Sumqayıt-2″ matçını idarə edəcək. Ağayev Azərbaycan kubokunun yarımfinal mərhələsində “Turan Tovuz”la “Zirə” arasında keçirlən matçdakı (0:2) qalmaqallı qərarları ilə gündəmə gəlmişdi. O, həmin görüşdə tovuzluların narazı qaldığı, penalti təyin etmədiyi epizodlara görə tənqid olunmuşdu. “Turan Tovuz”un prezidenti Ehtiram Quliyev məsələyə dair açıqlama verərək, futbolçuların haqqını Əliyar Ağayevə halal etmədiyini bildirmişdi.
7 may
“Neftçi-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Ləman Əmirli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Müzəffər Müzəffərli
Palms Sports Futbol Mərkəzi (IV meydança), 17:00
8 may
“Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Əliyar Ağayev, Rizvan Süleymanov, Cavid Ömərov, Vüqar Alıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Xatirə Aslanova
Palms Sports Futbol Mərkəzi (IV meydança), 13:00
“Turan Tovuz-2” – “Qarabağ-2”
Hakimlər: Elçin Abdullayev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Samir Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Novruz Əzimov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00
9 may
“Kəpəz-2” – “Şamaxı-2”
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Rüfət Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30
10 may
“Qəbələ-2” – “Sabah-2”
Hakimlər: İslam Məmmədov, Kamran Bayramov, Rəşad Quliyev, Sərxan İsmayılov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00
Bizi Facebook-da izləyin



