
“Dünya çempionatı olmasaydı, Kvaratsxeliya “qızıl top”u qazana bilərdi”
Sabiq hücumçu Alessandro Del Pyero, PSJ-nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliyanın “qızıl top” mükafatı üçün perspektivlərini qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq futbolçu bunu deyib:
“Dünya çempionatı olmasaydı, Kvaratsxeliya UEFA Çempionlar Liqasındakı performansına görə “qızıl top” mükafatını qazana bilərdi. O, qolları, məhsuldar ötürmələri və sadəcə meydanda olması ilə PSJ-yə böyük təsir göstərir”.
Gürcüstan millisi 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib.
PSJ ötən həftə ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub. Paris klubu finalda “Arsenal”ı məğlub edib (1:1, penalti – 4:3).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



