Skoulz “Arsenal”ı tənqid etdi

İngiltərəli sabiq futbolçu Pol Skoulz “Arsenal”ın bu mövsümkü oyununu tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Arsenal” Premyer Liqanı qazansa, bu, liqa tarixindəki ən pis titul ola bilər. “Arsenal”ın hücum xəttindən heç kim bu mövsüm ən yaxşı heyətə düşməzdi. Əvvəlki çempionlara baxın, “Liverpul”un hücumu əla idi. Bəlkə də, “Arsenal”da diqqət çəkən yeganə oyunçu Bukayo Sakadır. Amma o, hazırda elə də yaxşı deyil, çox qol vurmayıb və ya məhsuldar ötürmə etməyib”.

“Arsenal” Premyer Liqada növbəti turda səfərdə “Lids”lə oynayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button