
Əfran İsmayılov “Araz-Naxçıvan”dan ayrıldı
“Araz-Naxçıvan” klubu məşqçisi Əfran İsmayılovla yolları ayırıb.
Komanda.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.
Rəhbərlik İsmayılovun müraciətini müsbət cavablandırıb. Sabiq futbolçu son 3 mövsümdə Naxçıvan klubunun məşqçilər korpusunda yer alıb.
“Araz-Naxçıvan” Premyer Liqanın 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



