“Ronaldonun məndən daha yaxşı olduğunu düşünmürəm” – Hazard

“Real”ın sabiq hücumçusu Eden Hazard futbol istedadında kimin ondan daha üstün olduğu sualını cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Lionel Messini tarixin ən böyük oyunçusu adlandırıb:

“Futbol istedadına görə hansı futbolçu məndən üstündür? Fərdi olaraq, Messi bəlkə də, yeganədir. Mən onu “Barselona”da izləməkdən həzz alırdım. O, tarixin ən böyük oyunçusudur. Topu ondan almaq mümkün deyil. O, sadəcə inanılmazdır. Kriştiano Ronaldo məndən daha böyük oyunçudur, amma futbol baxımından, düzünü desəm, onun daha yaxşı olduğunu düşünmürəm”.

Hazard karyerası ərzində “Lill”, “Çelsi” və “Real”da çıxış edib. 33 yaşlı sabiq futbolçu 2023-cü ilin oktyabrında karyerasını bitirmək qərarını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button