“Messinin “Real”a gələcəyini düşünmürəm”

“Real”ın futbolçusu Toni Kroos “Barselona”dan ayrılacağı gözlənilən Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, alman futbolçu, argentinalı hücumçunun “Real”a keçəcəyini düşünmədiyini bildirib:

“Messi kimi bir futbolçu əsas rəqibimizin heyətində olmayacaqsa, bu, bizim üçün pis deyil. Amma onun getməsi “Barselona”nın silahsız qalacağı mənasına gəlmir. Messinin “Real”a gələcəyini düşünmürəm. Düşünürəm ki, onun üçün ən yaxşı seçim “Mançester Siti” olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button